Bakı-Sumqayıt yolunda hərəkət qismən məhdudlaşdırılıb

Bakı-Sumqayıt yolunda hərəkət qismən məhdudlaşdırılıb
# 20 fevral 2015 07:22 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün səhər saatlarında avtomobillərin hərəkətində sıxlıq yaranıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin “APA-Economics”ə verdiyi məlumata görə, buna Bakı-Sumqayıt yolunda aparılan təmir işləri ilə səbəb olub. Onun sözlərinə görə, təmir I Avropa Yay Olimpiya Oyunlarına hazırlıq işləri ilə əlaqədardır. P. Mürsəliyev qeyd edib ki, təmir işləri qısa zamanda yekunlaşacaq.

O əlavə edib ki, beynəlxalq tədbirlə əlaqədar Bakı şəhərində Ziya Bünyadov prospekti – 20 Yanvar dairəsi, Moskva prospekti – 20 Yanvar tuneli, Bakı-Sumqayıt yolu (geriyə dönməklə dairəvi yol) və Bakı-Ələt yolunun 4-cü və 14-cü km-də təmir işləri ilə əlaqədar avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb.

“Şəhərin mərkəzində də bəzi yerlər var ki, orada da təmir və yenidənqurma işləri aparılır. İşlərin mart ayının sonuna qədər yekunlaşacağı gözlənilir”, - deyə P. Mürsəliyev qeyd edib.

Qeyd edək ki, Olimpiya Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəd avtomobil yolunun 8-ci kilometrliyində 700 metrlik məsafə də təmir olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR