Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində relslərin döşənməsinə başlanılıb

Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində relslərin döşənməsinə başlanılıb
# 26 iyun 2013 09:31 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində relslərin döşənməsinə başlanılıb.

«APA-Economics»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 180 km uzunluğunda olan dəmir yolunun 73 kilometri Türkiyədə, qalan hissəsi isə Gürcüstan ərazisində inşa olunur.

Qeyd edək ki, iyunun 26-28-də Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat nazirlərinin görüşü keçiriləcək.

Görüşün əsas müzakirə predmeti məhz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR