Bakıda “Avtomobil yanacağı sahəsində standartların uyğunlaşdırılması və avtomobil yanacağının sınaq təcrübələri” üzrə seminar keçirilir

Bakıda “Avtomobil yanacağı sahəsində standartların uyğunlaşdırılması və avtomobil yanacağının sınaq təcrübələri” üzrə seminar keçirilir
# 23 sentyabr 2014 08:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda “Avtomobil yanacağı sahəsində standartların uyğunlaşdırılması və avtomobil yanacağının sınaq təcrübələri” üzrə seminar keçirilir.

APA-Economics”in məlumatına görə, bu seminar Azərbaycan və Moldova arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının Protokolunun 6-cı bəndinin icrası məqsədi ilə təşkil olunub.

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Elçin Quliyevin sözlərinə görə, bu seminarın keçirilməsinin əsas məqsədi avtomobil yanacağı sahəsində standartların uyğunlaşdırılması və avtomobil yanacağının keyfiyyətinin artırılmasıdır. O bildirib ki, aparılan islahatlar nəticəsində bu sahədə böyük nailiyyət əldə olunub: “Bu tədbirin keçirilməsinin daha bir məqsədi avtomobil yanacağı üzrə standartların formalaşdırılması və iki ölkə arasında təcrübə mübadiləsi aparılmasıdır”.

Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTest) direktoru Mahmud Qubanov bildirib ki, AzTest yeyinti məhsulları ilə bağlı sınaq müayinələri keçirilir: “Laboratoriyanın məqsədi idxal olunan məhsulların keyfiyyət sənədlərinin uyğunlaşdırılması və qanunvericilik çərçivəsində sertifikatların verilməsidir. Azərbaycan və Moldova laborator və sınaq təcrübələri sahəsində təcrübələrini bölüşəcəklər".

Avtomobil yanacağının laborotoriya təhlillərinin standartları və texniki təchizatı barədə danışan AzTEST-in Neft məhsullarınınm sınaq laboratoriyasının əməkdaşı Murad Hüseynov yanacaqların keyfiyyətinin yoxlanıldığını söyləyib: “Turşuluq, buxarlılıq, doymuşluq, benzinin rəngi kimi məsələlər nəzərdən keçirilir. Benzinin oktan ədədi də yaxlama zamanı ölçülür. Əgər bu oktaneynov ədədi normadan aşağı olarsa o zaman partlayış ola bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR