Bakıda “Azərbaycan rabitə və yüksək texnologiyalar sektoru üçün yaradılmış işgüzar mühit” mövzusunda konfrans keçirilir

Bakıda “Azərbaycan rabitə və yüksək texnologiyalar sektoru üçün yaradılmış işgüzar mühit” mövzusunda konfrans keçirilir
# 03 sentyabr 2014 12:27 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Bakıda “Azərbaycan rabitə və yüksək texnologiyalar sektoru üçün yaradılmış işgüzar mühit” mövzusunda konfrans keçirilir.

"APA-Economics"in xəbərinə görə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, bu konfransda əsasən dövlət, özəl şirkətlərin əməkdaşlığı, dövlət tərəfindən yüksək texnologiyalar sahəsində özəl şirkətlərin inkişafı üçün yaradılan şərait və gələcəkdə perspektivli layihələr, habelə bu istiqamətdə bir sıra məsələlər ətrafında müzakirələr aparılacaq.

Nazir əlavə edib ki, bu gün özəl şirkətlər dövlət büdcəsindən maliyyələşdirilən layihələrdə, həmçinin dövlətin yaratdığı düzgün şəraitdən istifadə edərək digər layihələrin həyata keçirilməsində daha maraqlıdırlar: “Yüksək texnologiyalar inkişaf etmiş ölkələrin transmilli şirkətləri ilə birgə layihələrin həyata keçirilməsində daha da maraqlıdırlar. Tədbirdə bundan sonra dövlətin bu istiqamətdə hansı addımlar atacağı, rəqabət qabiliyyəti mühitinin genişləndirilməsi və s. kimi məsələlər ətrafında fikir mübadiləsi aparılacaq”.

Qeyd edək ki, Azərbaycan-Amerika Ticarət Palatasının (AMCHAM) təşkilatçılığı ilə keçirilən “Azərbaycan rabitə və yüksək texnologiyalar sektoru üçün yaradılmış işgüzar mühit” konfransında dövlət və hökumət nümayəndələri, özəl şirkətlərin nümayəndələri də iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR