Bakıda “Dövlət əmlakının idarə edilməsi və hərracların təşkili: müasir yanaşmalar və elektron xidmətlər” mövzusunda ictimai təqdimat keçirilir - FOTO

Bakıda “Dövlət əmlakının idarə edilməsi və hərracların təşkili: müasir yanaşmalar və elektron xidmətlər” mövzusunda ictimai təqdimat keçirilir - <span style="color: red;">FOTO
# 12 sentyabr 2014 08:40 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Əmlak Məsələləri üzrə Dövlət Komitəsində “Dövlət əmlakının idarə edilməsi və hərracların təşkili: müasir yanaşmalar və elektron xidmətlər” mövzusunda ictimai təqdimat keçirilib.

APA-Economics”in xəbərinə görə, tədbirdə komitənin mərkəzi aparatı, Hərracların Təşkili üzrə Auksion Mərkəzi, İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi, aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edib.

Komitənin sədr müavini Rüstəm Şahbazov tədbirin məqsədini diqqətə çatdıraraq dövlət əmlakının özəlləşdirilməsində və idarə edilməsində qurumun son illər həyata keçirdiyi tədbirlərdən danışıb.

Onun sözlərinə görə, tədbirin məqsədi dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi sahəsində tətbiq edilən müasir yanaşmaları və elektron xidmətləri, o cümlədən illik xüsusi hesabat formalarının elektron qəbulu və həyata keçirilən elektron hərracları ictimaiyyətə açıqlamaqdır.

İstifadəyə verilən elektron xidmətlər dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, xüsusi mülkiyyətin dövlət qeydiyyatı sahələrini əhatə edir. Bu isə artıq komitənin fəaliyyət sahəsinin əksər hissəsinin elektronlaşdırılması deməkdir. Tədbirdə qeyd olunub ki, hazırda 29 elektron xidmət (25 interaktiv, 4 informativ) vətəndaşların və hüquqi şəxslərin istifadəsindədir. Tədbirdə eyni zamanda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elektron xidmətlərin təqdimatı olub. Bildirilib ki, komitənin elektron xidmətlər portalında 6 interaktiv xidmət dövlət əmlakının özəlləşdirilməsində keçirilən hərraclarla bağlıdır. Belə ki, səhmdar cəmiyyətlərin səhmlərinin, kiçik dövlət müəssisə və obyektlərin, yarımçıq tikililərin, nəqliyyat vasitələrinin özəlləşdirilməsinə dair hərraclarda iştirak üçün sifarişlərin qəbulu kimi xidmətlər mövcuddur.

Tədbirdə həmçinin hər bir elektron xidmətlə bağlı slaydlar nümayiş olunub, xidmətlərin istifadə qaydaları izah edilib. Qeyd olunub ki, elektron xidmətlər vasitəsilə bu günə qədər 90 mindən çox müraciət daxil olub. 2014-cü il ərzində 2 200-ə yaxın dövlət müəssisə və təşkilatı tərəfindən illik xüsusi hesabat forması məhz elektron xidmət vasitəsilə təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR