Bakıda "Qış məktəbi" təqaüd proqramı üzrə təlim davam edir

Bakıda "Qış məktəbi" təqaüd proqramı üzrə təlim davam edir
# 24 yanvar 2018 13:08 (UTC +04:00)

Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin "Qış məktəbi" təqaüd proqramı üzrə təlimi öz işini davam etdirir.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən təlimin ikinci günü "Ümumdünya Gömrük Təşkilatı, gömrük islahatı və modernizasiya" mövzusunda məruzə təqdim olunub.

Bu məruzə ilə ÜGT-nin Asiya və Sakit Okean regionu üzrə ofisinin proqram meneceri doktor Tonq Hua çıxış edib. Təlimdə Rusiya Federasiyası Şimal-Qərb İdarəçilik İnstitutunun, Çin Xalq Respublikası Pekin Beynəlxalq Biznes və İqtisadiyyat Universitetinin, eləcə də Gömrük Komitəsinin Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin və Bakı Ali Neft Məktəbinin tələbələri iştirak edir.

Xatırladaq ki, tədbir Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Bakı Regional Ofisi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir. INCU-nun "Qış məktəbi" təqaüd proqramı üzrə təlimi yanvarın 27-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR