Bakıda Dəmir Yollarının Əməkdaşlıq Təşkilatının iclası keçiriləcək

Bakıda Dəmir Yollarının Əməkdaşlıq Təşkilatının iclası keçiriləcək
# 17 mart 2016 09:32 (UTC +04:00)

Bakı-APA. Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Dəmir Yollarının Əməkdaşlıq Təşkilatının (DYƏT) sədr müavini Vuktor Jukovun rəhbərlik etdiyi  nümayəndə heyəti ilə  görüş keçirilib.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə,  “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov görüşdə reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında məlumat verib. İkitərəfli görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin beynəlxalq və regional layihələrdə içtirakı, sərnişin daşınmasının inkişaf mərhələləri, texniki vasitələrin müasirləşdirilməsi, DYƏT-lə  “Azərbaycan Dəmir Yolları” QSC arasında əməkdaşlıq perspektivləri müzakirə oluub. V. Jukov “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıqdan məmnun qaldığını, DYƏT-in 60 illik yubileyinə həsr olunmuş Nazirlər Müşavirəsinin 44-cü iclasının Bakıda keçiriləcəyini bildirib.

 

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

 

Qeyd edək ki, DYƏT 28 iyun 1956-cı ildə Sofiya  şəhərində  dəmir yoluna rəhbərlik edən nazirlərin Nazirlər Müşavirəsində  yaradılıb. DYƏT-in mövcud olması və işi beynəlxalq xarakter daşıyan DYƏT haqqında Əsasnaməyə əsaslanır. 27 ölkənin dəmir yolu nəqliyyatına  rəhbərlik edən qurumlar  DYƏT-in üzvləridir.  DYƏT-in Əsasnaməsinə əsasən bu qurumun işində bilavasitə dəmir yollarının fəaliyyəti ilə əlaqədə olan təşkilatın  digər formada iştirak etməsi də mümkündür.  DYƏT-in ali rəhbər orqanı Nazirlər Müşavirəsi, dəmir yolu müəssisələri səviyyəsində DYƏT-in dəmir yolları baş direktorlarının Konfransıdır. DYƏT-in icra orqanı Komitədir. “Azərbaycan Dəmir Yolları”  QSC1993-cü ilin iyul ayından Dəmir Yollarının Əməkdaşlıq  Təşkilatının  (DYƏT) üzvüdür.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR