Bakıda keyfiyyət infrastrukturu sahəsində islahatlar müzakirə olunub

Bakıda keyfiyyət infrastrukturu sahəsində islahatlar müzakirə olunub
# 04 may 2017 09:50 (UTC +04:00)

Azərbaycan Akkreditasiya Mərkəzinin təşkilatçılığı ilə İSO/İEC 17065:2012 "Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara tələblər" standartı mövzusunda keçirilmiş təlimin iştirakçıları ilə görüş baş tutub.


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı məqsədilə keyfiyyət infrastrukturu sahələrində islahatlar haqqında danışılıb. Bildirilib ki, ticarətdə texniki maneələrin aradan qaldırılması, verilmiş sertifikatların xarici ölkələrdə tanınması və akkreditasiya sahəsində beynəlxalq təşkilatlara üzvlük istiqamətində ardıcıl işlər aparılır. Bu sahədə beynəlxalq standartların tətbiqinin vacib aktuallıq kəsb etdiyi qeyd edilib. Sonda İSO/İEC 17065:2012 "Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara tələblər" standartı mövzusunda keçirilmiş təlimin iştirakçıları sertifikatlarla təltif ediliblər.

Məlumat üçün bildirək ki, təlim martın 14-17-də Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən təşkil edilib. Təlim Britaniya Standartlar İnstitutunun aparıcı auditoru və təlimçisi Mahmud Albekov tərəfindən keçirilib. Təlimin əsas məqsədi qeyd edilən standartın mahiyyətinin izahı, edilmiş dəyişikliklər və yeniliklər barədə təlim iştirakçılarının məlumatlandırılması, uyğunluğu qiymətləndirən qurumların əməkdaşlarının bu sahədə səriştəliliyinin artırılması, bilik və bacarıqlarının təkmilləşdirilməsi, standartın tətbiqi ilə bağlı yarana biləcək problemlərin müstəqil həll etmək bacarığının aşılanması olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR