Bələdiyyələr üçün daşınmaz əmlakla bağlı məlumatlara görə ödəniş haqqı ayrıca müəyyənləşdiriləcək

Bələdiyyələr üçün daşınmaz əmlakla bağlı məlumatlara görə ödəniş haqqı ayrıca müəyyənləşdiriləcək
# 07 fevral 2018 10:36 (UTC +04:00)

Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və ödəniş əsasında veriləcək.

"APA-Economics"in məlumatına görə, bu, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində nəzərdə tutulub.

Bununla bağlı qanunun 5-1.1-ci maddəsinə "Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və ödəniş əsasında verilir" məzmununda cümlənin əlavə edilməsi təklif edilir.

Qeyd edək ki, bələdiyyələr tərəfindən binalar üzrə yerli vergilərin hesablanması həmin binaların (tikililərin) mülkiyyətçiləri və onların texniki göstəriciləri barədə məlumatların əldə olunmalarını zəruri edir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 5.1-1-ci maddəsinə görə qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verildiyi nəzərdə tutulsa da, Tarif (qiymət) Şurasının 2009-cu il 31 iyul tarixli 4 nömrəli qərarı ilə dövlət reyestrindən bu cür məlumatların əldə edilməsinə görə 10 manat məbləğində ödəniş müəyyən olunub.

"Vergiqoyma obyektlərinin böyük əksəriyyətini az miqdarda vergisi olan yaşayış sahələri təşkil etdiyini nəzərə alaraq, dövlət informasiya sistemində saxlanılan məlumatın əldə olunması üçün 10 manat kimi yüksək məbləğin tələb olunması bələdiyyələrin fiziki şəxslərdən yerli vergilərin qanunla müəyyən olunmuş qaydada hesablanması yığılması işini əhəmiyyətli dərəcədə çətinləşdirir. Yuxarıda deyilənləri nəzərə alaraq, “Daşımaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-1-ci madəsinə ikinci cümlənin əlavə olunması təklif olunur", - deyə qanun layihəsində vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR