BTRİB Bakıda yeni ATS-lər istifadə verməyə hazırlaşır

BTRİB Bakıda yeni ATS-lər istifadə verməyə hazırlaşır
# 27 iyun 2013 10:44 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyi (BTRİB) tərəfindən Bakı şəhərinin ətraf kəndlərində və yeni yaşayış massivlərində ATS-lərin tikintisi işləri və sakinlərin telefon xətləri ilə təmin olunması istiqamətində aparılan işlər davam etdirilir.

«APA-Economics»in Nazirliyə istinadən verdiyi məlumata görə, hazırda Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində 2 min nömrə və Bakıxanov qəsəbəsində 8 min nömrə tutumlu ATS binaları tikilir.


Bununla yanaşı, Suraxanı rayonunun Hövsan şosesi yaxınlığında 2 min nömrə tutumlu, Binəqədi rayonunun Xırdalan-Binəqədi şosesi yaxınlığında 1,5 min nömrə tutumlu yeni ATS binalarının tikintisi üzrə işlər davam etdirilir.

Qeyd edək ki, 2011-2013-cü illərdə «Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» çərçivəsində 8 yeni ATS binası tikilib və 1 konteyner quraşdırılıb. Yeni tikilmiş ATS binalarında xətt şəbəkəsi qurulub və ATS avadanlığı quraşdırılaraq istismara təhvil verilib. Eyni zamanda, 97 204 nömrəlik müxtəlif tipli stansiyalar rekonstruksiya olunaraq NGN tətbiqi ilə yenidən qurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR