Bu gündən Bakı-Cenevrə-Bakı istiqamətində birbaşa uçuşlar başlayıb

Bu gündən Bakı-Cenevrə-Bakı istiqamətində birbaşa uçuşlar başlayıb
# 11 iyul 2014 11:06 (UTC +04:00)

APA-Economics”ə AZAL-dan daxil olan məlumata görə, uçuşlar hər həftənin V və VII günləri, yalnız birinci və biznes sinif konfiqurasiyasına malik, yüksək komfortlu biznes cetlərlə həyata keçiriləcək.

Bu reyslərin sərnişinləri həm hava limanında, həm də uçuş zamanı AZAL-ın biznes xidmətləri ilə tam şəkildə əhatə olunacaq, onların AZAL-MİLES hesablarına artırılmış ballar köçürüləcək.

Qeyd edək ki, Bakı-Cenevrə marşrutu üzrə təyyarə saat 07:55-d’ havaya qalxır və 09:55-da eniş edir. Cenevrə-Bakı istiqamətində isə qalxış saat 11:15-də, eniş isə 18:55-də yerinə yetiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR