Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının Təşkili” MMC-yə rəhbər təyin olunub

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının Təşkili” MMC-yə rəhbər təyin olunub
# 22 avqust 2015 11:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbərliyində növbəti dəyişiklik olub.

Nəqliyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nəqliyyat naziri Ziya Məmmədovun imzaladığı əmrə əsasən, Ziya Büniyatzadə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının Təşkili” MMC-nin rəhbəri təyin olunub.

Qeyd edək ki, Ziya Büniyatzadə bundan əvvəl Azərbaycan Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində administrativ direktor vəzifəsində çalışıb.

Xatırladaq ki, dünən Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə rəis müavini təyin olunub. Nazir Z. Məmmədovun əmri ilə bu vəzifə İbrahim Əliyevə həvalə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR