Dövlət İnformasiya Ehtiyatları və Fərdi Məlumatların İnformasiya Sistemləri Dövlət Reyestrlərinə 200-dən çox məlumat daxil edilib

Dövlət İnformasiya Ehtiyatları və Fərdi Məlumatların İnformasiya Sistemləri Dövlət Reyestrlərinə 200-dən çox məlumat daxil edilib
# 09 iyul 2014 08:34 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. İyulun 1-i tarixinə bütün qurumlar üzrə Dövlət İnformasiya Ehtiyatlarının və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestrlərinə daxil edilmiş məlumatların sayı 211-ə çatıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, məlumatlardan 69-u Dövlət İnformasiya Ehtiyatları, 142-si isə Fərdi Məlumatların İnformasiya Sistemlərinin payına düşür.

Qeyd edək ki, dövlət reyestrləri “Elektron hökumət” sisteminin tərkib hissəsi hesab olunur və bu, “Elektron hökumət portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Prezidentinin 5 fevral 2013-cü il tarixli Fərmanında da öz əksini tapıb.

İnzibati Xətalar Məcəlləsinin 181-4-cü maddəsinə əsasən, fərdi məlumatlar haqqında qanunvericiliklə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə görə 300 manatdan 500 manatadək cərimə tətbiq edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR