Ələt-Astara-İran İslam Respublikası sərhədi avtomobil yolunda aparılan təmir işləri ilə bağlı açıqlama yayılıb

Ələt-Astara-İran İslam Respublikası sərhədi avtomobil yolunda aparılan təmir işləri ilə bağlı açıqlama yayılıb
# 11 avqust 2015 10:27 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Ələt-Astara-İran İslam Respublikası sərhədi avtomobil yolunda aparılan təmir işləri ilə bağlı açıqlama yayılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən paytaxtla yanaşı, bölgələrdə də nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə təmir-tikinti işlərini davam etdirir: “Ələt-Astara-İran İslam Respublikası sərhədi avtomobil yolunda cari təmir işləri həyata keçirilir. Yolun 0-31-ci kilometrlik hissəsində yol kənarlarında və ayrıcı zolaqlarda sıradan çıxmış və əyilmiş əyri-xətli dəmir tirlər yeniləri ilə əvəzlənir. Bundan başqa, yolun həmin hissəsində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri də aparılır”.

Avtomobil yolunun 31-153-cü kilometrlik hissəsində isə yolun hərəkət hissəsinin deformasiyaya uğramış hissələrində köhnə asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınır. Daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Təmir işləri aparılan ərazilərdə yolun hərəkət hissəsinin bir hərəkət zolağı üzrə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır və əks istiqamətlə hərəkət növbəli şəkildə təmin olunur.

Təmir olunmuş ərazilərdə yol cizgiləri xətlərinin və yolgöstərici xətlərin çəkilişi işləri də həyata keçirilir. Digər ərazilərdə isə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətləri yenidən rənglənir. Cari təmir işləri ilə yanaşı yol kənarları və ayrıcı zolaqlarda təmizlik-abadlıq işləri aparılır. Yol kənarlarında olan quru otlar yanğın təhlükəsizliyi səbəbindən biçilir.

Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC rəhbərliklərinin nəzarəti altında həyata keçirilən təmir işləri tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün sözügedən yola lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC cari təmir işləri ilə bağlı yaranmış müvəqqəti narahatlığa görə üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR