Əli Abbasov: “Azərbaycanda dövlətə məxsus telekommunikasiya müəssisələri açıq səhmdar cəmiyyətə çevrilməlidir”

Əli Abbasov: “Azərbaycanda dövlətə məxsus telekommunikasiya müəssisələri açıq səhmdar cəmiyyətə çevrilməlidir”
# 25 iyul 2014 08:53 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economisc. Azərbaycanda dövlətə məxsus telekommunikasiya müəssisələri açıq səhmdar cəmiyyətə çevrilməli və onların səhmləri ilkin kütləvi satışa (İPO) çıxarılmalıdır.

APA-Economics”in məlumatına görə, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 2014-cü ilin 6 ayının yekunları ilə bağlı keçirilən kollegiya iclasında nazir Əli Abbasov deyib.

Nazir bildirib ki, müəssisələrin mövcud statusu hazırkı bazarın tələblərinə cavab vermir. “Aztelekom”un layihəsi üzrə xaricdən ucuz kreditlər axtaranda bizə izah etdilər ki, sizin telekommunikasia şəbəkəniz və şəbəkə ilə işləyən müəssisələr kənardan güclü görünürlər və güclü aktivlərə malikdirlər. Amma onların statusu beynəlxalq bazarın tələblərinə uyğun deyil. Ona görə də, bu gün ən yaxşı statuslardan biri açıq səhmdar cəmiyyətlərdir”.

Nazir qeyd edib ki, müəssisələr ilk növbədə dövlətə məxsus səhmdar cəmiyyətlərə çevrilməlidirlər.

“Bundan sonra özəlləşdirilməyə start verilməli və açıq səhmdar cəmiyyətlərin səhmləri İPO-lara çıxardılmalıdır. Bu əhalinin investisiyalarda iştirakına şərait yaratmaq üçün ən yaxşı statusdur. Bu statusla bağlı təklifi ilin axırına qədər qəbul edib başa çatdırmalıyıq”, - deyə Ə. Abbasov əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR