Elmir Vəlizadə "Rəqəmli iqtisadiyyat" üzrə ikinci nazirlər toplantısında iştirak edib

Elmir Vəlizadə "Rəqəmli iqtisadiyyat" üzrə ikinci nazirlər toplantısında iştirak edib
# 10 oktyabr 2017 13:08 (UTC +04:00)

Avropa Komissiyası tərəfindən Estoniyanın Tallin şəhərində "Rəqəmli iqtisadiyyat" üzrə ikinci nazirlər toplantısı keçirilib. Toplantı Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində baş tutub.


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Avropa Komissiyasının vahid rəqəmli bazar üzrə vitse-prezidenti Andrus Ansip, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin müvafiq nazir və digər rəsmi şəxsləri iştirak edib.


Azərbaycanı bu tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Nazir müavini ölkəmizdə rəqəmli iqtisadiyyatın formalaşdırılması, Azərbaycanın əlaqələndiricisi olduğu “ICT innovation & startup ecosystems” istiqaməti üzrə görülmüş işlər barədə məlumat verib.


İkinci nazirlər toplantısının sonunda rəqəmli iqtisadiyyat üzrə bəyannamə oxunub.


Bəyannamədə 2020-ci ilə qədər Şərq Tərəfdaşlığı ölkələri ilə birlikdə rəqəmli iqtisadiyyatın inkişafı istiqamətində görüləcək əsas işlər vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR