Nazirlər Kabineti “Elektron xidmət növlərinin Siyahısı”nı təsdiqləyib

Nazirlər Kabineti “Elektron xidmət növlərinin Siyahısı”nı təsdiqləyib
# 15 dekabr 2016 07:38 (UTC +04:00)

Nazirlər Kabineti “Elektron xidmət növlərinin Siyahısı”nı təsdiqləyib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsinin müxtəlif təyinatlı xəritə və atlasların tərtibatı və nəşri üçün müraciətin və sənədlərin qəbulu sahəsində təqdim etdiyi elektron xidmət Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yerinə yetiriləcək..

Dövlət Komitəsi elektron qaydada torpaq kadastr xəritələrinin və CİS üçün baza xəritələrinin tərtibi ilə əlaqədar müraciətin və sənədlərin qəbulunu isə davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR