Gəncə şəhərində velosiped yolu salınır

Gəncə şəhərində velosiped yolu salınır
# 24 avqust 2013 09:33 (UTC +04:00)

Bu məqsədlə artıq şəhərdə velosiped yolu salınır. Uzunluğu 7 min metr olacaq velosiped yolu ümumi sahəsi 360 hektar olacaq istirahət parkında salınacaq. Bu barədə «APA-Economics»ə Gəncə şəhər icra başçısının birinci müavini Mikayıl Zeynalov məlumat verib.


Məlumata görə, ərazidə velosiped yolu ilə yanaşı süni göl, 4 500 nəfərlik amfiteatr və Gənclər Mərkəzi də inşa olunur.


M.Zeynalov bildirib ki, velosiped yolunda ilkin olaraq 5 dayanacaq tikiləcək və hər dayanacaqda 10 velosiped olacaq: «Velosipedləri xüsusi təşkil edilmiş abunə kartları və plastik bank kartları ilə kirayəyə götürmək mümkün olacaq. Plastik kartların tətbiq olunması Gəncəyə gələn turistlərin də bu xidmətdən istifadə etməsinə imkan verəcək».


Qeyd edək ki, Gəncə şəhərində aparılan tikinti işlərini Türkiyənin «GoldYapı» şirkəti icra edir. Ərazidə quraşdırılacaq avadanlıqlar da Türkiyədən gətiriləcək. Bu layihə Gəncə şəhər İcra Hakimiyyətinin vəsaiti hesabına həyata keçirilir.


Tikinti işlərinin sentyabrın əvvəlində yekunlaşması nəzərdə tutulub. Bundan sonra isə Gəncə şəhərinin mərkəzi meydanında və Gəncə Dövlət Universitetinin qarşısında da velosiped dayanacaqları yaradılacaq.


Bununla da, Gəncə «Avropa Gənclər Paytaxtı» adını almaq üçün hazırlıqlara başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR