İlin əvvəlindən sərnişinlərin 12%-i Bakı metrosunun xidmətlərindən istifadə edib

İlin əvvəlindən sərnişinlərin 12%-i Bakı metrosunun xidmətlərindən istifadə edib
# 22 sentyabr 2014 11:20 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2014-cü ilin yanvar-avqust ayları ərzində 147,7 mln. ton yük daşınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% artıb. Qeyri-neft yüklərinin həcmi 3,2% artaraq 105,2 mln. tona çatıb. Nəqliyyat vasitələri ilə daşınmış yüklərin 58,0%-i avtonəqliyyat, 28,1%-i boru kəməri, 9,5%-i dəmir yolu, 4,4%-i dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilib.

APA-Economics” Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, qeyri-dövlət bölməsində yük daşınması 4,0% artıb, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 76,7% təşkil edib.

Yanvar-avqust aylarında nəqliyyatçılar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,0% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,9%-i avtomobil, 11,9%-i metro nəqliyyatının xidmətlərindən istifadə ediblər.

Dəmir yolu nəqliyyatı ilə yük daşınması bu ilin yanvar-avqust aylarında 14,0 mln. ton olub. Orta hesabla sutkada 594 vaqon yüklənib, 606 vaqon boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 21,4 min ton, Qərb istiqaməti üzrə 7,1 min ton və Cənub istiqaməti üzrə 5,8 min ton yüklənmə işi yerinə yetirilib.

Dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 6,5 mln. ton təşkil edib. Yüklərin 56,8%-ni neft yükləri, 43,2%-ni isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqə üzrə həyata keçirilib.

Cari ilin yanvar-avqust aylarında dəniz limanlarında 8,0 mln. ton yükləmə-boşaltma işləri həyata keçirilib. İşlənmiş yüklərin 85,9%-ni beynəlxalq tranzit yüklər təşkil edib. 2014-cü il sentyabr ayının 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 114,9 min ton idxal yüklərin qalığı olub.

Nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 85,5 mln. ton yük, 1,0 mlrd. sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,7% və 5,2% artım qeydə alınıb. Sərnişinlərin 96,3%-i avtobus, 3,7%-i isə minik taksilərinin xidmətlərindən istifadə ediblər. Yük dövriyyəsi 2,8%, sərnişin dövriyyəsi isə 5,9% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR