İltimas Məmmədov: “Azerspace-2” ilə bağlı tenderdə iştirak etmək üçün çox sayda maraqlı təklif var” - VİDEO

İltimas Məmmədov: “Azerspace-2” ilə bağlı tenderdə iştirak etmək üçün çox sayda maraqlı təklif var” - <span style="color: red;">VİDEO
# 25 sentyabr 2014 07:59 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanın ikinci telekommunikasiya peyki olan “Azerspace-2” ilə bağlı tenderdə iştirak etmək üçün çox sayda maraqlı təkliflər var.

APA-Economics”in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov Azərbaycan-İran “Kommunikasiya və İnformasiya Texnologiyaları Görüşü” çərçivəsində bildirib.

Nazir müavini deyib ki, hazırda qəbul olunan müxtəlif təkliflər araşdırılır: “Tenderin elan olunması üçün maliyyə vəsaitləri hansı şirkətlərə söykənəcəyi, peyk hara buraxılacaq və digər məsələlər hazırda araşdırılır. Həmçinin peykin orbital mövqeyi də təkliflərə bağlıdır. Yaxın vaxtlarda nazirlikdə də müzakirələr olacaq və son variant üzrə tender elan olunacaq. İlin sonuna kimi hansı nəticələrin əldə olunduğu və nə qərara gəldiyimizi “Azərkosmos” ASC ilə birgə açıqlayacağıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR