İrandan Azərbaycana metadon adlı həbləri keçirmək istəyən şəxslər saxlanılıb

İrandan Azərbaycana metadon adlı həbləri keçirmək istəyən şəxslər saxlanılıb
# 11 avqust 2015 08:02 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Rüstəm Abdullayevin üzərində şəxsi yoxlama zamanı ondan 1 ədəd bükümdə, cəmi 15 ədəd metadon adlı həb aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmət “APA-Economics”ə verilən məlumata görə, bundan başqa, İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Faiq Xudiyevin üzərində şəxsi yoxlama zamanı isə onun daxili orqanından (düz bağırsağından) 13 ədəd metadon adlı həb aşkar olunub.

Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II siyahısına daxildir. Aşkar edilən 15 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,6 qram, 13 ədəd həbdə isə 0,52qram təşkil edir.

Hər iki faktla bağlı təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR