İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb

İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb
# 16 iyun 2015 10:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu- APA-Economics. Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Hacıyev Azər Ağasəlim oğlu saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, şəxsi yoxlama zamanı onun daxili orqanı - düz bağırsağından 2 ədəd ayrı-ayrı bükümlərdə, 1 ədəd bükümdə xalis çəkisi 0,764 qram olan narkotik vasitə - tiryək, digər bükümdə isə xalis çəkisi 8,864 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR