İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini Azərbaycanda səfərdədir

İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini Azərbaycanda səfərdədir
# 24 sentyabr 2014 13:18 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları nazirinin müavini Müctəba Haşiminin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycana ikigünlük səfəri başlayıb.

İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibində İranın informasiya texnologiyaları sahəsinin bir neçə qabaqcıl şirkətin nümayəndəsi təmsil olunur.

Səfər çərçivəsində M. Haşiminin Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşü və hər iki tərəfin iş adamlarının iştirakı ilə tədbirin keçirilməsi nəzərdə tutulub.

Daha sonra İran nümayəndə heyəti Azərbaycandakı İKT müəssisələrinə baş çəkəcək, iş prosesi ilə yaxından tanış olacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR