Küveyt mətbuatı “Khazar Islands” layihəsi ilə bağlı məqalə dərc edib - FOTO

Küveyt mətbuatı “Khazar Islands” layihəsi ilə bağlı məqalə dərc edib - <span style="color: red;">FOTO
# 04 sentyabr 2014 08:04 (UTC +04:00)

Bakı. Musa Əhmədov- APA-Economics. Küveytin “Alwatan” və “Alanba” nəşrləri “Avesta” konserninin həyata keçirdiyi “Khazar Islands” layihəsi ilə bağlı məqalə dərc edib.

Konsernin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, məqalələrdə “Avesta”-nın prezidenti Hacı İbrahim Nehrəmlinin fəaliyyətinə toxunulub, KİV nümayəndələri “Khazar Islands” layihəsinin dünya miqyasında tanınmasından, layihənin dəyərindən və perspektivlərindən bəhs ediblər.

Həmçinin, məqalədə gələcəkdə Küveyt və Azərbaycan arasında investisiya əlaqələrinin genişləndirilməsinin hər iki ölkə üçün çox mühüm əhəmiyyət kəsb etdiyi də vurğulanıb.

Qeyd edək ki, ötən ay Yaponiya və Türkiyənin bəzi mətbu orqanları da bu layihə barədə yazılar dərc ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR