Lerikdə iki yeni körpünün açılışı olub - FOTO

Lerikdə iki yeni körpünün açılışı olub - <span style="color: red;">FOTO
# 17 may 2013 09:33 (UTC +04:00)

Lerik. Ağəddin Babayev - APA. Lerik rayonun Livədirgə ərazi vahidliyinə daxil olan kəndlərdə iki yeni körpü sakinlərin istifadəsinə verilib.

APA-nın cənub bürosunun məlumatına görə, Livədirgə və Alaşar çayları üzərində inşa olunan körpülərin açılış mərasimində Lerik Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, yerli idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.

Çıxış edənlər körpülərin dağlıq ərazidə yaşayan əhali üçün həyati əhəmiyyət kəsb etdiyini bildiriblər. Çıxışlarda qeyd olunub ki, ərazi vahidliyində körpülərin qəzalı vəziyyətdə olması səbəbindən yerli sakinlərin həyatı daim təhlükə altında olurdu. Belə ki, qəzalı körpülərdən keçməyin qorxulu olduğunu anlayan yerli sakinlər məcburiyyət qarşısında qalıb, çayın içindən keçirdilər. Yeni istifadəyə verilən körpülər ölkə başçısının bölgələrdə yaşayan sakinlərə diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilib.

Əlavə edək ki, Lerik RİH-in daxili imkanları hesabına inşa olunan bu körpülərdən 8 yaşayış məntəqəsinin - Livədirgə, Əvilə, Mastail, Murya, Durğan, Nisamurya, Qədiməküçə və Yuxarı Bilnə kəndlərinin 5000-ə yaxın əhalisi yararlanacaq. Kəndləri birləşdirəcək yeni körpülərin yük götürmə qabiliyyəti 30 ton, eni 4 m, uzunluğu 8 m, hündürlüyü isə 3 metrdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR