Masallı-Astara yolunun B hissəsində səkkiz körpü tikiləcək - FOTOSESSİYA

Masallı-Astara yolunun B hissəsində səkkiz körpü tikiləcək - <span style="color: red;">FOTOSESSİYA
# 08 sentyabr 2014 10:21 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Ələt-Astara İran Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi çərçivəsində reallaşdırılan Masallı-Astara yolunun B hissəsinin tikintisi sürətlə davam etdirilir.

Nəqliyyat Nazirliyinin “Azeryolservis” ASC-dən “APA-Economics”ə verdiyi məlumata görə, 1B dərəcəyə uyğun yeni tras üzrə tikilən yolun uzunluğu 20 km-dən artıq olacaq. Lənkəran şəhərinin Girdani kəndindən başlayan yol Qamışovka kəndində başa çatır.

Tikintisinə 2013-cü ilin iyun ayında başlanılan yol boyu 2 ədəd yol qovşağı, 8 körpü, 78 ədəd dairəvi, 18 ədəd düzbucaqlı boru nəzərdə tutulub. Artıq dairəvi boruların 50%-i, düzbucaqlı boruların isə 80%-i tikilib, 2 yol qovşağı və 6 körpüdə tikinti işlərinə başlanılıb.

Torpaq işləri ilə yanaşı, asfalt-beton örtüyünün döşənməsi işləri də paralel olaraq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR