Milli Məclisinin Aqrar siyasət komitəsinin payız sessiyasında ilk iclası olub

Milli Məclisinin Aqrar siyasət komitəsinin payız sessiyasında ilk iclası olub
# 18 sentyabr 2015 10:10 (UTC +04:00)

APA-nın məlumatına görə, iclasda komitə sədri Eldar İbrahimov komitənin ötən sessiyasında fəaliyyəti və bu sessiya qarşıda duran məsələlər barədə məlumat verərək fəaliyyətlərini qənaətbəxş hesab edib.

Daha sonra iclasda “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Torpaq islahatı haqqında”, “Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə”, “Torpaq bazarı haqqında” qanun layihələrinə dəyişiklik müzakirə edilib.

Dəyişikliyə əsasən, qanunlarda “yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların” sözləri “bələdiyyə yollarının və təsərrüfatdaxili yolların” sözləri ilə əvəz edilir.

Layihələr plenar iclasa tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR