Mobil nömrələrin satışı, daşınması və addan-ada keçirilməsi “Elektron hökumət” portalı üzərindən aparılacaq

Mobil nömrələrin satışı, daşınması və addan-ada keçirilməsi “Elektron hökumət” portalı üzərindən aparılacaq
# 13 avqust 2015 14:22 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Mobil nömrələrlə bağlı bir sıra proseslərin “Elektron hökumət” portalı üzərindən aparılması nəzərdə tutulur.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tezliklə mobil nömrələrin satışı, nömrələrin digər operatora daşınması və nömrələrin addan-ada keçirilməsi prosesi tamamilə avtomatlaşdırılaraq “Elektron hökumət” portalı üzərindən həyata keçiriləcək.

Mobil operatorlar üzrə abunəçi bazaları FİN-ə uyğunlaşdıqdan sonra portal üzərindən təqdim edilən sosial xidmətlərin çeşidi və keyfiyyəti artacaq.

“Elektron hökumət” portal üzərindən qanunvericiliyə uyğun olaraq qurumlararası informasiya mübadiləsinin aparılması mümkün olacaq.

Bununla yanaşı, portal vasitəsi ilə vətəndaşlara istənilən dövlət qurumlarının bildirişlərini (məhkəmə, şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi, banklar, kommunal borclar, rabitə borcları, cərimələr və s.) göndərmək imkanı yaradılacaq.

“Elektron hökumət” portalı üzərindən formalaşan “Şəxsi kabinetlər”də abunəçinin mobil nömrələri barədə məlumatlar əks olunacaq.

Eyni zamanda, portala onlayn qeydiyyat zamanı mobil nömrənin istifadəçinin öz adına olmaması və ya qrammatik səhvlər səbəbindən yaran problem aradan qalxacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR