Nazir müavini: “İnternet kəsintisi sırf texniki problemlə bağlı olub, qəsd, yaxud təxribat aşkarlanmayıb”

Nazir müavini: “İnternet kəsintisi sırf texniki problemlə bağlı olub, qəsd, yaxud təxribat aşkarlanmayıb”
# 27 noyabr 2015 10:31 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Noyabrın 6-da Azərbaycanda internet kəsintisi ilə bağlı lazımi addımlar atılıb və bu gün Azərbaycanda stabil internet yayımı mövcuddur. Bütün işləri görülüb ki, bir daha belə hadisə baş verməsin”.

APA-nın məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

E. Vəlizadə bildirib ki, aparılmış və davam edən işlər nəticəsində Azərbaycanda internet şəbəkəsinin dayanıqlığı, keyfiyyətli xidmətlərin göstərilməsi daha yüksək səviyyəyə qalxacaq, bir daha belə hallar baş verməyəcək.

Nazir müavini noyabrın 6-da “Delta-Telekom”da baş verən hadisənin araşdırılmasının başa çatdığını da açıqlayıb: "Araşdırmalar göstərdi ki, internet kəsintisi sırf texniki problemlə bağlı olub, hansısa qəsd, yaxud təxribat hadisəsi aşkarlanmayıb. Bunu birmənalı demək olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR