Nəqliyyat Nazirliyi rayonlardan gələn avtomobillərin Bakıya buraxılmayacağı ilə bağlı xəbərlərə münasibət bildirib

Nəqliyyat Nazirliyi rayonlardan gələn avtomobillərin Bakıya buraxılmayacağı ilə bağlı xəbərlərə münasibət bildirib
# 03 iyul 2014 08:16 (UTC +04:00)

Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini Yaqub Novruzəliyev deyib.

Onun sözlərinə görə, rayonlardan gələn avtomobillərin paytaxta buraxılmayacağı ilə bağlı mətbuatda yazılanlar həqiqəti əks etdirmir.

“Məsələnin məğzi ondan ibarətdir ki, Bakıda tıxacların qarşısını almaq, o cümlədən kənar maşınların daxil olmasını nisbətən azaltmaq üçün xüsusi dayanacaqlar olacaq. Belə bir tədbir nəzərdə tutulub. Hesab edirəm ki, bu, çox düşünülmüş addımdır. Amma bu gün belə bir tədbir icra edilmir”, - deyə Y. Novruzəliyev qeyd edib.

Qeyd edək ki, Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov 27 noyabr 2013-cü ildə “APA-Economics”ə verdiyi açıqlamasında paytaxtda yaşanan tıxacların qarşısını almaq məqsədilə yeni avtomobil dayanacaqlarının, xüsusən Bakının giriş və mərkəzi hissəsində tikiləcəyini bildirib (az.apa.az/news/322453).

Onun sözlərinə görə, yeni avtodayanacaqların inşası sayəsində sürücülər şəhərə girmədən avtomobillərini parkinq edərək, ictimai nəqliyyat vasitəsi ilə şəhərin mərkəzinə gələ biləcəklər: “Bu, uzun müddətə nəzərdə tutulan proqrama daxildir. Proqrama əsasən, şəhərin giriş qapılarında, Sumqayıt-Bakı yolunda, Şıx çimərliyi yaxınlığında, Lökbatandan istiqamətindən başlayaraq mərkəzə doğru və mərkəzin özündə böyük parkinqlərin salınması nəzərdə tutulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR