Nəqliyyat Nazirliyi sentyabrın 15-dən gücləndirilmiş iş rejiminə keçir

Nəqliyyat Nazirliyi sentyabrın 15-dən gücləndirilmiş iş rejiminə keçir
# 12 sentyabr 2014 12:48 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Nəqliyyat Nazirliyinin strukturları yeni tədris ilinin başlanması ilə əlaqədar sentyabrın 15-dən gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları marşrut avtobuslarına nəzarəti daha da gücləndirəcəklər.

Qurum sərnişinləri qarşılaşdıqları hər hansı problemlə, eləcə də irad və təkliflərlə bağlı “Qaynar xətt”ə (431-74-37, 561-76-28 (29)) müraciət edə bilərlər. Bütün şikayət və müraciətlərə operativ reaksiya veriləcək. Lazım gəldikdə, xəttə ehtiyat avtobuslar buraxılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR