Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi “Bilik Günü” ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi “Bilik Günü” ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib
# 15 sentyabr 2014 09:28 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) “Bilik Günü” ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimində işləyir.

Mərkəzdən APA-ya verilən məlumata görə, paytaxt yollarında avtomobil axının daha çox olması səbəbindən NİİM əksər küçə və prospektlərdə “yaşıl dalğa” prinsipini tətbiq edib.

Bakıxanov küçəsi, Tbilisi prospekti, Azadlıq prospekti, 28 may küçəsi, Yusif Səfərov küçəsi, Azadlıq prospekti, İnşaatçılar prospekti, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rəşid Behbudov, Səməd Vurğun, Mərdanov qardaşları, Hənifə Ələsgərov, Vaqif, Həsən Əliyev küçələrində “yaşıl dalğa” prinsipinin tətbiq olunması nəticəsində sıxlıq aradan qaldırılıb.

Hazırda isə 28 may, Afiyəddin Cəlilov, Koroğlu Rəhimov küçələri, Heydər Əliyev prospekti, Nəriman Nərimanov küçəsində (Teleteatrın yanı) sıxlıq müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR