Nobel prospektindən Bakının mərkəzi istiqamətində uzun tıxac yaranıb

Nobel prospektindən Bakının mərkəzi istiqamətində uzun tıxac yaranıb
# 29 sentyabr 2014 07:56 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakının Nobel prospektindən şəhərin mərkəzi istiqamətində səhər saatlarından etibarən böyük tıxac yaranıb.

APA-Economics”in xəbərinə görə, tıxacın uzunluğu bir neçə kilometrə çatır.

Yaranmış vəziyyətə səbəb “Azərsu” ASC-nin qeyd olunan yolun sağ kənarında apardığı təmir işləridir.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı “APA-Economics”ə bildirib ki, Nobel prospektində Bakı Ağ Şəhər layihəsinin salınması çərçivəsində yeni yağış suları xətləri və kanalizasiya kollektoru çəkilir.

“Layihə çərçivəsində 300 metrə yaxın kanalizasiya xətti və 300 metrə yaxın yağış suları xətti çəkiləcək. Bu işlərin həftə ərzində yekunlaşması planlaşdırılır. Tıxacın yaranmaması üçün işi qısa zamanda yekunlaşdırmağa çalışacağıq”, - deyə A. Cəbrayıllı qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR