Novqorod-Bakı aviareysi açılır

Novqorod-Bakı aviareysi açılır
# 11 mart 2013 11:47 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Martın 13-dən etibarən Rusiyanın «UTair» aviaşirkəti Novqorod-Bakı marşrutu ilə birbaşa aviareyslərə başlayacaq. Bu barədə «APA-Economics»ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Hava limanından verilən məlumata görə, Novqoroddan Bakıya uçuşlar hər həftənin III günləri, Bakıdan əks istiqamətdə isə IV günləri yerinə yetiriləcək: «Novqorod-Bakı aviareysi yerli vaxtla saat 13:30-da yerinə yetiriləcək ki, təyyarə Bakı vaxtı ilə saat 16:30-da Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək. Əks istiqamətdə isə uçuş növbəti gün, yəni həftənin IV günü saat 08:30-da həyata keçiriləcək və Bakı-Novqorod marşrutu üzrə havaya qalxan təyyarə Rusiya vaxtı ilə saat 11:30-da Novqorod aeroportuna çatacaq».

Qeyd edək ki, sözügedən aviareysin martın 6-da açılmasına baxmayaraq, Novqorod-Bakı-Novqorod marşrutu üzrə uçuş yerinə yetirilməyib. Uçuşlar «Boeing-737» tipli avialaynerləri ilə həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR