Oğuz rayonunun 7 kəndinin su təchizatı yaxşılaşdırılıb - FOTOSESSİYA

Oğuz rayonunun 7 kəndinin su təchizatı yaxşılaşdırılıb - <span style="color: red;">FOTOSESSİYA
# 12 mart 2013 13:39 (UTC +04:00)

Bakı - APA-Economics. “Azərsu” ASC-nin Təxirəsalınmaz Tədbirlər Proqramına uyğun olaraq bölgələrdə içməli su çatışmazlığı müşahidə olunan kənd və qəsəbələrin su təchizatı ilə bağlı işlər görülür.

«Azərsu»nun mətbuat xidməti şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, proqram çərçivəsində Oğuz rayonunun 7 - Xaçmaz, Böyük Söyüdlü, Kərimli, Bayan, Bucaq, Muxas və Baş Daşağıl kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması layihələri uğurla başa çatdırılıb və Novruz bayramı ərəfəsində yeni infrastruktur istismara verilib.

Martın 11-də Böyük Söyüdlü, Kərimli, Bayan, Bucaq, Muxas və Baş Daşağıl kəndlərinə, martın 12-də isə Xaçmaz kəndinə suyun verilməsi ilə əlaqədar açılış mərasimləri keçirilib. «Azərsu» ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov bildirib ki, «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na uyğun olaraq hazırda «Azərsu» ASC-nin sifarişi əsasında ölkənin 24 şəhər və rayon mərkəzində, həmçinin 300-dən artıq kənd və qəsəbəsində su layihələri uğurla icra olunur: «2013-cü ildə isə 10-a yaxın şəhərdə yeni layihələrə start veriləcək. Bu tədbirlərin tərkib hissəsi olan Oğuz rayonunun 7 kəndinin içməli su təchizatının yaxşılaşdırılması nəticəsində içməli sudan əziyyət çəkən 17 mindən artıq sakinin problemi öz həllini tapıb. Gələcəkdə rayonun digər kəndlərində də su layihələrinin icrasını planlaşdırırıq».

Həyata keçirilən layihənin rayonun sosial-iqtisadi inkişafına töhfə verdiyini qeyd edən Oğuz rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov «Azərsu» ASC-nin regionlarda su təchizatı və kanalizasiya sistemlərini yenidən qurulması üzrə fəaliyyətinin yüksək qiymətləndirib: «Bu gün istismara verilən içməli su layihələri ən gözəl bayram hədiyyəsidir».

Qeyd edək ki, 2012-ci ildə icrasına başlanmış layihə çərçivəsində bulaq və çaylarda sugötürücü qurğular tikilib, ümumi uzunluğu 80 km olan magistral su xətti çəkilib. 7 kəndi fasiləsiz içməli su ilə təmin etmək məqsədilə ümumi tutumu 4600 kubmetr olan 11 ədəd su anbarı tikilib, 223 km uzunluğunda paylayıcı su şəbəkəsi yaradılıb. Kəndlərdə hər bir evə birləşmə verilmiş və 3425 ədəd su sayğacı quraşdırılıb. Layihənin icrası nəticəsində Oğuz rayonunun Xaçmaz kəndinin 7140, Böyük Söyüdlü kəndinin 1140, Kərimli kəndinin 3240, Bayan kəndinin 1770, Bucaq kəndinin 1480, Muxas kəndinin 1415 və Baş Daşağıl kəndinin 1265 sakininin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb.

Xatırladaq ki, “Azərsu” ASC Ağdam, Tərtər, Füzuli, Ağcabədi, Zaqatala, Balakən, Salyan, Xızı, Şabran, Siyəzən, Lerik, Yardımlı və Gədəbəy rayonlarının içməli su çatışmazlığı müşahidə olunan kəndlərində də qısa müddətdə belə layihələr həyata keçirib. Görülmüş tədbirlər nəticəsində 2012-ci ildə həmin rayonların 32 mindən çox sakininin içməli su problemi öz həllini tapıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR