Ötən ay 195-2 Telefon Məlumat Mərkəzinə 400-ə yaxın müraciət daxil olub

Ötən ay 195-2 Telefon Məlumat Mərkəzinə 400-ə yaxın müraciət daxil olub
# 10 iyul 2014 12:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İyun ayında İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə daxil olan müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, nazirlik tərəfindən göstərilən elektron xidmətlər, eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı olub.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, iyun ayında 195-2 Telefon Məlumat Mərkəzinə 400-ə yaxın, indiyədək isə 25 600-dən çox müraciət daxil olub.

Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR