Ötən il Azərbaycanda 0,1%-lik iqtisadi artım olub

Ötən il Azərbaycanda 0,1%-lik iqtisadi artım olub
# 17 yanvar 2018 12:14 (UTC +04:00)

2017-ci ildə ölkə rezidentləri tərəfindən istehsal edilmiş ümumi daxili məhsul əvvəlki illə müqayisədə 0,1% artaraq 70135,1 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əhalinin hər nəfərinə düşən ÜDM 7205,0 manat, yaxud 4186,3 ABŞ dolları təşkil edib.

Yola saldığımız ildə iqtisadiyyatın qeyri-neft sahələrində istehsal olunmuş əlavə dəyər 2016-cı ilə nisbətən 2,7% artıb, onun ÜDM-də xüsusi çəkisi 62,8% olub. Neft sektorunda əlavə dəyər 5% azalıb.

Bu dövrdə nəqliyyat və anbar təsərrüfatı sahələrində yaradılmış əlavə dəyər 2016-cı illə müqayisədə 8,5 faiz, informasiya və rabitə sahələrində 6,6%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,9%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2%, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 2,5%, sosial və digər xidmətlər sahələrində 1,5% artıb, sənaye və tikintidə isə müvafiq olaraq 4,2% və 1,5% azalıb.

Eyni zamanda qeyri-neft sənayesinin əlavə dəyərində 3,8% artım müşahidə olunub. Ümumi daxili məhsulun 40,1%-i sənayedə, 10,4%-i ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində, 9,5%-i tikintidə, 6,8%-i nəqliyyat və anbar təsərrüfatı, 5,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrində, 16,4%-i isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,3%-ni təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR