Prezident İlham Əliyev Mingəçevirin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair sərəncam imzalayıb

Prezident İlham Əliyev Mingəçevirin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair sərəncam imzalayıb
# 10 sentyabr 2014 16:39 (UTC +04:00)

Bakı-APA. Prezident İlham Əliyev Mingəçevir şəhərinin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, Mingəçevir şəhərinin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün Kür çayının üzərində inşa edilmiş ümumi uzunluğu 190 metr olan körpünün əsaslı təmiri məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə 1,0 (bir) milyon manat ayrılması nəzərdə tutulub.

Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək Maliyyə Nazirliyinə həvalə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR