Rabitə və informasiya texnologiyaları naziri İnformasiya Texnologiyaları Universitetinə qəbul olunmuş tələbələrlə görüşüb

Rabitə və informasiya texnologiyaları naziri İnformasiya Texnologiyaları Universitetinə qəbul olunmuş tələbələrlə görüşüb
# 30 avqust 2013 12:07 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) İnformasiya Texnologiyaları Universitetinə (İTU) qəbul olunmuş tələbələr və onların valideynləri ilə görüş keçirilib.

«APA-Economics»in RİTN-ə istinadən verdiyi məlumata görə, görüşdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkə başçısı tərəfindən İKT sektorunun inkişafına xüsusi diqqət göstərildiyini nəzərə çatdıraraq, 2013-cü ilin Azərbaycanda «İKT ili» elan edilməsini, sahənin gələcək inkişafını, informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin etmək məqsədilə prezidentin 1 fevral 2013-cü il tarixli sərəncamı ilə İTU-nun yaradılmasının bu diqqətin təzahürü olduğunu vurğulayıb.

2013-2014-cü tədris ilində «İnformasiya təhlükəsizliyi», «Kompüter elmləri», «Kompüter mühəndisliyi», «İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi» kimi ixtisaslar üzrə İTU-ya tələbə qəbulu üçün 60 plan yerinin ayrıldığını da deyən nazir İKT sahəsi üzrə ixtisaslaşmış kadrlara tələbatın «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasından irəli gəldiyini qeyd edib: «Bu sənədə uyğun olaraq, ölkəmizdə gələcək iqtisadi hədəflər iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi üzərində qurulub».

Qarşıdakı illər ərzində elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənəcəyini, innovativ inkişafın təmin edilməsində İT sahəsi üzrə ixtisaslı kadr hazırlığının daim diqqətdə olacağını bildirən Ə.Abbasov, eyni zamanda RİTN tərəfindən də İTU tələbələrinin daim qayğı və diqqətlə əhatə ediləcəyini, Universitetin məzunlarının gələcəkdə uyğun ixtisaslar üzrə işlə təminatının həyata keçiriləcəyini də qeyd edib.

Tələbələrin çoxsaylı suallarını cavablandıran nazir valideynlərin istək və arzularını da dinləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR