Rabitə və Yüksək Texnologiyalar Nazirliyi elektron poçt istifadəçilərinə xəbərdarlıq edib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi elektron poçt istifadəçilərinə xəbərdarlıq edib
# 11 sentyabr 2014 12:33 (UTC +04:00)

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Rusiyanın ən böyük e-poçt xidməti Mail.ru-nun 4 mln. 664 min 478 istifadəçisinin istifadəçi adı və hesab şifrləri internetdə yayılıb.

Bu şifrlərin 95%-nin aktiv olmayan istifadəçi hesablarına aid olduğu bildirilir. Şirkət tərəfindən verilən açıqlamada isə qeyd olunur ki, hakerlər tərəfindən internetə sızdırılan bu şifrlər fərqli zamanlarda onlar tərəfindən ələ keçirilib. Oğurlanan hesabların 5%-i isə şübhə altındadır və şirkət bir gün içində bu hesablara xəbərdarlıq mesajı göndərəcəyini bildirib.

Həmçinin qısa müddət öncə 1 milyona yaxın Yandex elektron poçtunun istifadəçilərinə aid hesab şifrləri də internetdə yayımlanıb.

Bundan başqa, 4 mln. 929 min 90 Gmail və digər Google xidmətləri istifadəçilərinin hesablarının da təhlükə altında olduğu qeyd edilir. Məlumat bazasının aktuallığı tam təsdiq olunmayıb. Ancaq qeyd olunan 60% e-poçt hesabının aktiv olduğu bildirilir. Google-dan verilən məlumata görə, məsələ hazırda araşdırılır.

ETM isə öz növbəsində, e-poçt hesablarınızın şifrlərini tez bir zamanda dəyişməyinizi və kompüterlərinizdə olan antivirus proqramını işə salmanızı tövsiyə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR