Riçard Şirer: “Yenidənqurma işləri yekunlaşdıqdan sonra “Bakcell” ölkədə ən güclü və ən keyfiyyətli şəbəkəyə sahib olacaq”

Riçard Şirer: “Yenidənqurma işləri yekunlaşdıqdan sonra “Bakcell” ölkədə ən güclü və ən keyfiyyətli şəbəkəyə sahib olacaq”
# 23 sentyabr 2014 08:53 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Bakcell” Azərbaycandakı şəbəkəsi ən güclü, keyfiyyətli və əhatəli olması üçün geniş yenidənqurma işləri həyata keçirir.

Bu barədə “APA-Economics”ə şirkətin baş icraçı direktoru Riçard Şirer bildirib.

“Biz xidmət infrastrukturumuzu dəyişirik, əhatə dairəmizi və imkanlarımızı, o cümlədən keyfiyyətimizi yaxşılaşdırırıq. Amma bu işlərə hazırlıqla əlaqədar bəzi müştərilər şəbəkədə müəyyən problemlərlə üzləşirlər”, - deyə R. Şirer qeyd edib.

O, əlavə edib ki, yenidənqurma işləri yekunlaşdıqdan sonra “Bakcell” ölkədə ən güclü və ən keyfiyyətli şəbəkəyə sahib olacaq: “Bu sahədə rəqiblərimizlə fərqimiz çox böyük olacaq. Bu yenilik artıq növbəti aydan hamıya açıqlanacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR