Azərbaycan prezidenti Cəlilabadda yol açılışında iştirak edib - VİDEO

Azərbaycan prezidenti Cəlilabadda yol açılışında iştirak edib - <span style="color: red;">VİDEO
# 11 avqust 2015 13:09 (UTC +04:00)

APA-nın məlumatına görə, prezident İlham Əliyev əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Rayon sakinləri Cəlilabadın inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildiriblər.

Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Avtomobil yolunun ümumi uzunluğu 21 kilometr, eni 8 metrdir. Yol dördüncü texniki dərəcəlidir. Bu yola 130 min kvadratmetrlik ikiqat asfalt döşənib. Altı yaşayış məntəqəsini, o cümlədən Alar, Təzəkənd, Üçtəpə, Əliqasımlı, Cəfərxanlı və Gülməmmədli kəndlərini əhatə edən yol ümumilikdə 23 mindən çox əhaliyə xidmət göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR