Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə Mülki Müdafiə Qoşunlarının Komandanlığı arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə Mülki Müdafiə Qoşunlarının Komandanlığı arasında əməkdaşlıq müqaviləsi imzalanıb
# 14 iyul 2014 11:29 (UTC +04:00)

Bakı - APA. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı arasında standartlaşdırma üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində 5 il müddətinə əməkdaşlıq müqaviləsi imzalanıb.

Komitədən APA-ya verilən məlumata görə, müqavilə çərçivəsində mülki müdafiə sahəsində fəaliyyət göstərən radiasiya və kimya laboratoriyasında radioloji, kimyəvi, bioloji ekspress və stasionar analizlərin aparılması, fərdi mühafizə vasitələrinin dövrü laboratoriya sınaqlarının aparılması və nəticələrinin dövlət standartlarına uyğunluğunun yoxlanılması istiqamətində beynəlxalq təcrübəyə uyğun olaraq yeni milli standartların hazırlanması, o cümlədən yeyinti məhsullarının sınaq metodikaları və kimyəvi, bioloji, bakterioloji normalara uyğunluğunun yoxlanılması üzrə yeni standartların hazırlanması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR