Tbilisi prospektinin bağlanan hissəsi yaxın 1 saata açılacaq

Tbilisi prospektinin bağlanan hissəsi yaxın 1 saata açılacaq
# 01 avqust 2013 07:22 (UTC +04:00)

Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, Tbilisi prospektində «20 Yanvar» metro stansiyasından Salamzadə küçəsi ilə kəsişməsinədək olan hissəsi yeni asfalt örtüyünün çəkilişi ilə əlaqədar bağlanılmışdır: «Artıq avtomobil hərəkəti üçün məhdudlaşdırılan yol hissəsində bütün işlər başa çatdırılıb və yaxın bir saat ərzində yol açılacaq».

P.Mürsəliyev onu da bildirib ki, sözügedən yol hissəsində köhnə asfalt-beton örtüyü qaşınıb və yenisi ilə (ikiqat) əvəz olunub, kommunikasiya quyularının qapaqları dəyişdirilib və artıq yolda xətlənmə işləri də başa çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR