Türk Hava Yolları Azərbaycanın üç şəhərinə uçuşlara qiymətləri endirib

Türk Hava Yolları Azərbaycanın üç şəhərinə uçuşlara qiymətləri endirib
# 14 mart 2016 14:30 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Türk Hava Yolları (THY) Azərbaycanın 3 şəhərinə həyata keçirilən uçuşlara endirim tətbiq edəcək. “APA-Economics” THY-nin media müşavirliyinə istinadən xəbər verir ki, kampaniya martın 27-ə qədər alınan biletlərə şamil olunacaq.

Belə ki, kampaniya çərçivəsində Türkiyədən Bakı, Gəncə və Naxçıvan istiqamətində alınan gediş-gəliş biletləri hər şey daxil olmaqla 109 dollardan başlayan qiymətlərlə alıcılara təqdim olunacaq.

Qeyd edək ki, hazırda biletlərin qiyməti 119 dollardan başlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR