Vətəndaşların elektron xidmətlərdən istifadəsinin daha asanlaşdırması məqsədilə “ASAN 2.0 Konsepsiyası” hazırlanıb

Vətəndaşların elektron xidmətlərdən istifadəsinin daha asanlaşdırması məqsədilə “ASAN 2.0 Konsepsiyası” hazırlanıb
# 12 fevral 2015 11:32 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda vətəndaşların elektron xidmətlərdən daha asan istifadə edə bilməsi məqsədilə “ASAN 2.0 Konsepsiyası” hazırlanıb.

Bu barədə “APA-Economics”ə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) Elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin müdiri Ceyhun Salmanov məlumat verib.

Şöbə müdirinin sözlərinə görə, konsepsiya “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin elektronlaşdırılması və inteqrasiyasını, vətəndaşların mərkəzlərə getmədən xidmətlərdən yararlanmasını, bir sözlə, vətəndaşların dövlət orqanları arasındakı münasibətlərinin mərhələli şəkildə elektron mühitə keçirilməsini əhatə edir.

C. Salmanov deyib ki, konsepsiya əsasında elektron formada göstərilən xidmətlərin təqdim edilməsi üçün kommunikasiya vasitələri kimi xidmət terminallarından, xüsusi elektron portaldan, mobil proqramlardan və digər texnoloji yeniliklərdən istifadə olunması nəzərdə tutulur. Şöbə müdiri bildirib ki, xidmət terminalları əhalinin sıx toplaşdığı yerlərdə quraşdırılacaq. Bununla da, vətəndaşlar bu terminallar vasitəsilə mərkəzlərə gəlmədən özlərinə daha yaxın olan yerlərdə əldə olunması asan olan bəzi xidmətlərdən yararlana və xidmətlərə müraciətləri həyata keçirə biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR