Yaponiya hökumətinin qrantı ilə Balakəndə tullantıların emalı zavodu tikiləcək

Yaponiya hökumətinin qrantı ilə Balakəndə tullantıların emalı zavodu tikiləcək
# 02 avqust 2015 19:12 (UTC +04:00)

Balakən-Şəki. Vüqar Heydərov-APA. Yaponiya hökumətinin dəstəyi ilə Balakəndə tullantıların emalı zavodu tikiləcək.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bununla bağlı Balakən rayon İcra Hakimiyyəti ilə Yaponiya hökuməti arasında qrant müqaviləsi imzalanıb.

Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi qeyd edib ki, Balakənlə bağlı layihənin dəyəri 90 min 411 ABŞ dolları təşkil edir.

Şəkinin Suçma kəndində isə Yaponiya hökumətinin dəstəyi ilə tikilmiş su təchizatı sisteminin açılış mərasimi keçirilib. Layihə üzrə qrant yardımının məbləği 102,5 min ABŞ dolları təşkil edib.

Tədbirdə qeyd olunub ki, Yaponiya hökuməti Şəkidə bu layihə də daxil olmaqla, ümumi dəyəri 1 milyon 260 min ABŞ dolları olan 15 layihə reallaşdırılıb. Bu layihələr məktəb tikintisi, tibb, ekologiya, su təchizatı sahələrini əhatə edib.

Qeyd edək ki, “Ot kökləri və insan təhlükəsizliyi” proqramı çərçivəsində indiyədək Azərbaycanda ümumi dəyəri 17 milyon 224 min ABŞ dolları olan 202 layihə üzrə qrant müqaviləsi imzalanıb. Bu proqramı çərçivəsində həyata keçirilən layihələr təhsil, tibb, ətraf mühit, ekologiya sahələrini əhatə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR