Yaxın illərdə Azərbaycanda internetin sıxlığı 85%-ə çatacaq

Yaxın illərdə Azərbaycanda internetin sıxlığı 85%-ə çatacaq
# 23 avqust 2013 11:36 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu il Azərbaycan Dövlət Neft Fondundan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 2013-2015-ci illər üçün təxminən 450 mln. manat həcmində vəsait ayrılıb. «APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov açıqlayıb.


Ə.Abbasov bildirib ki, bu vəsait ölkə ərazisində bütün evlər üçün optika prinsipi ilə genişzolaqlı internet infrastrukturunun təşkilinə sərf olunacaq.


«Bu layihə düzgün yerinə yetirilsə, 2017-ci ildə Azərbaycanda kəndlərdə 30 Mbit/saniyə, şəhər yerlərində isə 100 Mbit/saniyə sürətli internetin verilməsi təmin olunacaq, internet istifadəçilərinin sıxlığı isə 85%-ə çatacaq. Bu da həmin dövrə olan inkişaf etmiş ölkələrin göstəricilərinə təxminən bərabər olmalıdır», - deyə nazir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR