Bakı. Musa Əhmədov – APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilib.
İSB-dən “APA-Economics”ə verilən məlumata görə, 31 avqust 2013-cü il tarixində saat 21:00 radələrində, Bakı-Şamaxı-Yevlax yolunun 208-ci kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar Azərbaycan vətəndaşlarına 5000 manat məbləğində kompensasiya ödənilib.