Yüksək Texnologiyalar Parkı ilə bağlı işlərə beynəlxalq “Hill İnternational” şirkəti cəlb edilib

Yüksək Texnologiyalar Parkı ilə bağlı işlərə beynəlxalq “Hill İnternational” şirkəti cəlb edilib
# 26 iyul 2014 09:05 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu ilin yanvar-iyun aylarında Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində karbon nanoboruların alınması, polimer və biotexnologiyada tətbiqi üzrə tədqiqatlar davam etdirilib, ÇİP texnologiyasının öyrənilməsi və tədqiqi ilə əlaqədar Türkiyənin, Almaniyanın, İtaliyanın müvafiq qurumları ilə əməkdaşlıq edilib və müasir cihazlar alınaraq Mərkəzin laboratoriyasında quraşdırılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, “Yüksək Texnologiyalar Parkı”nın infrastrukturunun qurulması üçün nəzərdə tutulan satınalmaların keçirilməsi istiqamətində işlər aparılır. Keçiriləcək tender üzrə tələb olunan şərtlərin formalaşdırılması, həmçinin qoyulacaq tələblərin görülməsi nəzərdə tutulan işləri hərtərəfli əhatə etməsi məqsədi ilə bu sahədə beynəlxalq təcrübəyə malik “Hill İnternational” şirkəti cəlb edilib. Hazırda ərazidə yerləşdiriləcək binalar və infrastruktur üçün texniki tələblər, tenderin şərtlər toplusu və qiymətləndirmə metodu şirkət tərəfindən hazırlanmaqdadır.

“YT Park” MMC-nin gələcək fəaliyyət istiqamətlərinin müəyyən edilməsi və qarşıya qoyulan məqsədlərə nail olunması istiqamətində görüləcək işlərin müəyyən edilməsi məqsədi ilə məsləhətçi şirkətlə birgə müvafiq İnkişaf Planı hazırlanmaqdadır.

“YT-Park” MMC tərəfindən innovativ layihələrin dəstəklənməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi məqsədilə ilkin pilot layihə olaraq “PiCampus” Biznes İnkubasiya Mərkəzi yaradılıb və hazırda mərkəzdə 20 startapçı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR